Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Ukrayna üçün şok: 597 itki, 44 əsir - Video

Donetskdəki savaşda Ukrayna Silahlı Qüvvələrinin 44 əsgəri separatçılara təslim olub.

Bu barədə məlumatı separatçıların qərargah rəisinin müavini Basurinə istinadla “Ria-Novosti” yayıb.

Basurin jurnalistlərə bildirib ki, Ukrayna ordusu Donetsk aeroportu uğrunda gedən döyüşlərdə böyük itki verib:
“Aeroport ərazisində gedən döyüşlərdə Ukrayna ordusunun ümumi itkisi 597 nəfərdir. Mən bu rəqəmi tapılan meyitlərə əsasən deyirəm. 44 əsgər isə əsir götürülüb”.

Ukrayna Silahlı Qüvvələri bu vaxta qədər 15-dək əsgər itirdiyiklərini açıqlayıb, 100-ə yaxın yaralının isə Odessada hospitala yerləşdirildiyi bildirilir. Separatçıların açıqladığı son rəqəmə rəsmi Kiyev hələlik münasibət bildirməyib.

Əvəzində isə "Unian" Donetskdə əsir düşən "kiborqlar"ın görüntülərini yayıb. Xəbərdə bldirilir ki, 17 "kiborq" əsir düşüb və terrorçular onları meyitləri yük maşınlarına yükləməyə məcbur edir. /axar/
901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber