Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

Misir prezident sarayı qarşısında partlayış: yaralılar var

Qahirədə prezident komplekslərindən birinin yaxınlığında ötən gün axşam saatlarında törədilən partlayış nəticəsində 2 polis əməkdaşı yaralanıb. “TASS”-ın verdiyi xəbərə görə, əldə düzəlmə partlayıcı qurğu “Ək Kübbə” sarayının əsas girişinin qarşısındakı mühafizə postunda işə salınıb. İnsident nəticəsində zabit və əsgər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Partlayışı törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Hadisəyə görə məsuliyyəti ötən il Misirin güc strukturlarına müharibə elan etmiş yerli “Aqnad Masr” qruplaşması öz üzərinə götürüb.
802 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP