Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

Qarabağ döyüşcüsü əlillik vəsiqəsi ala bilmir

Sumqayıt şəhəri, 12 mikrorayon, ev 20, mənzil 57 ünvanında yaşayan Ədalət Abbasov, əlillik vəsiqəsi ala bilməməsindən şikayət edir. Deyir ki, 1992-ci ildən 94-cü ilə kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bir neçə dəfə yaralansam da hərbi hospitalda müalicə aldıqdan sonra yenidən döyüşlərə qayıtmışam. Bədənində 12 qəlpə yarası var. Onlardan da ikisi döş qəfəsində olduğundan təngənəfəslikdən əziyyət çəkir.

Həkimlər apardıqları müayinələr zamanı ona bu qəlpələrin çıxarılmasının mükünsüz olduğunu bildiriblər. Müsahibimin sözlərinə görə, uzun illərdir səhhəti imkan vermir işləməyə. 2-3 saat hərəkətdə olan kimi də halı pişləşir. İndi deyir ki, vəziyyətim günü-gündən çətinləşir. Əlillik dərəcəsini ala bilmədiyim üçün mənə müavinat vermirlər ki, ailəmi dolandıra bilim.

“Məsələ ilə bağlı Müdafiə Nazırliyinə, Hərbi və Baş prokurora məktub yazmışam. Və onlardan cavab məktubu da gəlib, təsdiq olunan sənədlərlə birlikdə. Bütün məktublar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə göndərilib. Onlara hər şeyi olduğu kimi izah etmişəm. Mənə bildirirlər ki, get 3-4 aydan sonra gəl” – deyə şikayətçi Ədalət Abbasov bildirib.

Məsələ ilə bağlı ANS əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə əlaqə saxlayıb. Qurumdan bildirdilər ki, vətəndaşın müraciəti əsasında o, tibbi-ekspert komissiyasında müayinədən keçirilib. Əldə edilən nəticələrə görə onda əlillik əlaməti müəyyən edilməyib. Ona görə də vətəndaşa əlillik dərəcəsi təyin edilməyib.

“İndiki vaxta ola bilər ki, onun vəziyyətində hər hansi bir dəyişiklik olur. Mən ondan xahiş edirəm Ədalət Abbasovdan. Hazırkı durumu əks etdirən göndəriş alsın - 88 nömrəli forma yaşayış yerindən alsın və müvafiq olaraq 12 nömrəli tibbi-sosial ekspert komissiyasına təqdim etsin. Təkrar müayinəsini təşkil olunaca. Əgər hər hansı bir dəyişiklik varsa, yəqin ki, onun əlillik dərəcəsinin təyin olunması məsələsinə təkrar baxılıb müvafiq qərar qəbul ediləcək” – deyə Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev vurğulayıb.
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber