Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

Külli miqdarda borcu olan Bakı sakini özünü bıçaqladı

Gecə Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Mərdəkan qəsəbəsi Yesenin küçəsi 17 ünvanında yaralı şəxs olması barədə təcili tibbi yardım stansiyasına məlumat daxil olub. Dərhal həmin ünvana təcili tibbi yardım briqadası yollanıb. Həmin ünvanda yaşayan 47 yaşlı Malik Cəfərov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Hadisə barədə dərhal Xəzər rayon polis idarəsinə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, bıçağı Malik Cəfərov qarnına özü vurub. Onun bıçağa əl atmasına səbəb isə külli miqdarda borcunun olması olub. Borclarını qaytara bilmədiyini görən Malik Cəfərov çıxış yolunu özünə qəsd etməkdə görüb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Aparılan araşdırmalardan sonra baş verən hadisəyə hüquqi qiymət veriləcək./ans/
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP