Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

Elşad Abdullayev prokurorluğa cavab verdi

Sabiq rektor Arif Paşayevi və Ramiz Mehdiyevi ittiham etdi

Fəaliyyəti dayandırılmış Beynəlxalq Azərbaycan Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev Baş Prokurorluğun yaydığı məlumata münasibət bildirib.

Qeyd edək ki, məlumatda Elşad Abdullayevin Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edildiyi bildirilir. Bundan başqa aydın olur ki, sabiq rektor eyni zamanda orqan alverində görə ittiham olunur. Məlumatda deyilir ki, Elşad Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib."Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir", - deyə daha sonra məlumatda qeyd olunur.

Elşad Abdullayev isə “Azadlıq”a göndərdiyi açıqlamada bildirib ki, bütün bunlar Azərbaycan Beynəlxalq Universitetinin onun əlindən almaq və qardaşının oğurlanmasını faktını ört-basdır etmək üçündür: “Deyirlər ki, guya dövlətə 370 min 586 manat zərər vurmuşam. Bu iddia ona görə ortaya atılıb ki, dəyəri 100 milyondan artıq Azərbaycan Beynəlxalq Universitetini əlimdən alsınlar. Yəni, bu məbləği əsas gətirərək əmlakım müsadirə olunsun.

Mən hələ Bakıda olanda universiteti məndən almaq istəyirdilər. Mən qardaşımın oğurlanması faktının araşdırılmasına yardım etməsi üçün ölkə başçısı Ilham Əliyevin qayınatası, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayeva müraciət etmişdim. Müraciəti akademik Hacıbəy Sultanovla birlikdə etmişdik. Bir necə gündən sonra Arif Paşayev və qardaşı, Diplomatiya Akademiyasının rektoru professor Hafiz Paşayev məni akademik Hacıbəy Sultanov olmadan məxfi qəbul etdilər. Bu görüşdən bir neçə gün sonra isə baş prokuror Zakir Qaralov Hacıbəy Sultanovu qəbul etdi. Həmin görüşdən bir neçə saat sonra sonra akademik iş otağında qətlə yetirildi. Bundan sonra problemimi həll etmək əvəzinə mənə qarşı şərt irəli sürüldü ki, 15 milyon manat müqabilində universitetdən əl çəkim və pulu götürərək ölkədən gedim. Bu danışığın videogörüntüsü də var. Təsəvvür edin, mən Arif Paşayev və qardaşı Hafiz Paşayevdən qardaşımın oğurlanmasına faktının araşdırılmasına yardımçı olmalarını xahiş edirəm, onlar isə universitet davası edirlər.

Qeyd edim ki, Arif Paşayevə qədər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev universiteti qeyd-şərtsiz qohumu, “KQB” polkovniki Fikrət Əliyevin adına keçirməyimi tələb edirdi.

Bu gün mənə qarşı saxta ittihamların irəli sürülməsinin kökündə məhz bu məsələlər dayanır"./azadlıq/
1185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10