Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

Qərb İran əleyhinə yeni sanksiyalara qarşı çıxdı

Avropanın dörd aparıcı ölkəsinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıblar.
Nazirlərin bu çağırışının “Washington Post” qəzetində dərc olunması göstərir ki, çağırış ilk növbədə ABŞ Konqresinə ünvanlanıb.
Respublikaçıların nəzarətində olan Konqresin bir sıra millət vəkilləri Tehrana qarşı yeni sanksiyaların tətbiqini tələb edirlər.
Britaniyanın, Fransanın və Almaniyanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının xarici işlər komissarı bəyan edirlər ki, İrana qarşı yeni sanksiyalar bu ölkə ilə davam edən nüvə danışıqlarına zərbə vura bilər.
882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23