Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

İŞİD-in Yaponiyaya verdiyi möhlət başa çatdı

İŞİD terror təşkilatının girov götürdüyü iki yaponiyalının azad edilməsi üçün rəsmi Tokioya verdiyi möhlət bu gün başa çatır. Yaponiyanın atacağı addım isə bəlli deyil.

Yaponyanın baş naziri Şinzo Abe biznes liderləri qarşısında iqtisadi islahatlara dair çıxışı zamanı girovlarla bağlı sualları cavablandırmayıb.

Abe bildirib ki, o, rəsmilərə mümkün diplomatik kanallardan istifadə edərək girovların təhlükəsiz şəkildə azad olunmasını təmin etməyi tapşırıb. Bununla belə baş nazir Yaponyanın terrorismə güzəştə getməyəcəyini deyib.

Qeyd edək ki, İŞİD Yapon vətəndaşlarının azad edilməsi üçün 200 miliyon dollar tələb edib. Əks təqdirdə onların edam ediləcəyini bəyan edib.
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01