Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

“İnternet tezliklə yox olacaq”

Google-un rəhbəri Erik Şmidt hesab edir ki, internetin indi mövcud olduğu halı tezliklə tarixə qovuşacaq.

O, bu barədə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda müzakirələr zamanı bildirib.

Şmidt qlobal şəbəkənin gələcəyi barədə suala cavab olaraq bəyan edib:

“İnternet yox olacaq. O qədər çox ip-ünvan, üzərinizdə o qədər qarşılıqlı əlaqədə olduğunuz qurğu, datçik və əşyalar olacaq ki, siz bunu hiss etməyəcəksiniz belə”.

O həmçinin əlavə edib ki, smartfonlar üçün mobil əlavələrin meydana gəlməsi ilə əlaqədar çoxsaylı texniki platformalar yaranıb, dominantlıq sıralaması dəyişib, TASS xəbər verir.

“Smartfonların gücünü artıran yeni oyunçular qrupu meydana gəlib, bu isə sadəcə super-kompüterlərdir. Hal-hazırda bu bazarı tamamən açıq bazar kimi nəzərdən keçirirəm”- Google-un rəhbəri qeyd edib.

Elə həmin müzakirə çərçivəsində Erik Şmidt Koreya Xalq Demokratik Respublikasına səfəri barədə danışıb.

O qeyd edib ki, internetə yetərincə çıxış var, amma rouminq mövcud deyil. Şmidt həmçinin Şimali Koreyada internetdən istifadənin ciddi nəzarət altında olduğunu da təsdiqləyib.
935 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber