Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

Sakinlər bələdiyyənin işini özləri görür

“Təzadlar”ın ötən saylarında paytaxtın Kürdəxanı qəsəbəsinin “Yeni yaşayış” massivindəki bərbad yollardan bəhs etmişdik. Məsələyə hətta Kürdəxanı bələdiyyəsindən də açıqlama verilərək, yolların tezliklə təmir olunacağını bildirmişdilər. Amma çox təəssüf ki, adı çəkilən qurumdan yollara heç bir əncam çəkilməyib. Məsələni belə görən sakinlər hər evə 30 manatdan pul toplayaraq yolların təmirinə başlayıblar. Bir sözlə, qəsəbə sakinləri bələdiyyənin görməli olduğu işi özləri icra edirlər. Belə bir sual yaranır ki, bələdiyyə nə üçün yaradılıb?
Bələdiyyənin görməli olduğu işi sakinlər görür deməyimiz isə, heç də əsassız deyil.
Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, sərəncamın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir: “Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin”.
846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber