Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2015

Saç tökülməsinin qarşısını alan 7 qida - Fotolar

Daim tökülən saçlarınız sizi narahat edirsə, mütləq qidalanma rejiminizi nəzərdən keçirməlisiniz. Bundan sonra isə qida rassionunuza yenilik edib saçlarınıza yaxşı təsir edəcək qidalara üstünlük verməlisiniz. Bəzi qidalar saçların tökülməsinə qarşı olduqca təsirlidir.

Quru meyvə

Sağlam saçlar Omega-3 yağ turşularına ehtiyac duyur. Quru meyvələrdəki Omega-3 saçları qoruyur, sink isə tökülməsinə mane olur.

Saç dökülmesini önleyen 7 yiyecek!

Soya

E vitamini baxımından zəngin digər qida da soyadır. Hemoqlobin istehsalında əhəmiyyətli yeri olan dəmir soyada bol miqdarda olur. Hemoqlobin qanda olur və oksigenin daşınmasını təmin edir. Qanın tərkibindəki hemoqlobinin səviyyəsinin düşməsi qan dövranını da pozur. Qan dövranı pozulanda isə saç dərisi qidalanmadığı üçün tüklərin dibi boşalır. Nəticədə saçlar zəifləyir, uzanmır və tökülür.

Saç dökülmesini önleyen 7 yiyecek!

Zeytun yağı

Zeytun yağı əsl E vitamini mənbəyidir. E vitamini saçları qoruyan və qalınlaşmasını təmin edən antioksidantdır. Həmçinin hüceyrələrin sağlam inkişafı üçün əhəmiyyətlidir. Dərini rütubətli və yumşaq tutur. Zeytun yağı saç köklərini nəmləndirərək qırılmasının qarşısını alır.

Saç dökülmesini önleyen 7 yiyecek!

Yerkökü

Gözlər üçün olduqca faydalı olan yerkökü saçlar üçün də təsirli tərəvəzdir. Tərkibindəki A vitamini sayəsində saçların sağlam və parlaq görünməsini təmin edən dəri piyi istehsalını dəstəkləyir.

Saç dökülmesini önleyen 7 yiyecek!

Tam taxıllı qidalar

B7 vitamini ehtiva edən tam taxıllı qidalar saçların tökülməsinə və ağarmasına qarşı təsirlidir.

Saç dökülmesini önleyen 7 yiyecek!

İspanaq

B9 vitamini parlaq və sağlam saçlar üçün lazımdır. Kifayət qədər alındıqda saçlarınızın daha sağlam göründüyünü fərq edəcəksiniz.

Saç dökülmesini önleyen 7 yiyecek!

Molyuska

Afrodizyak təsirilə tanınan molyuska sink baxımından da zəngindir. Sink, təsirli antioksidantdır və saçları qoruyur.
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber