Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Bakıda bomba həyacanı: zibil qutusundan döyüş sursatları tapıldı

Bakının Nərimanov rayonunda istifadəyə yararlı silah-sursat tapılıb.

Nərimanov rayonu Əliyar Əliyev 114 ünvanında zibil qutusunda sellofan torbada silah-sursatın aşkarlanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan Təmizləmə üzrə Çevik Qrupunun mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri zibil qutusundakı torbaya baxış keçirərkən 2 ədəd istifadəyə yararlı "F-1" əl qumbarası və 2 ədəd qumbara alışdırıcısı aşkar ediblər.

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib. Döyüş sursatları hüquq-mühafizə orqanlarına təqdim olunub./apa/
931 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber