Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Leyla Yunusdan mesaj: "Mübariz olun"

Vəkil Əlayif Həsənov Amerikanın Səsinə müsahibəsində həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla görüşü, onun səhhəti və istintaqın gedişindən danışıb.

Amerikanın Səsi: Leyla Yunusla nə vaxt görüşübsünüz? Səhhəti necədir?

Əlayif Həsənov: Yanvarın 21-də Bakı İstintaq Təcridxanasında Leyla Yunusla görüşmüşəm. Səhhəti yaxşı deyil. Aşkar görünən odur ki, zəiflik var. O ağır diabetdən əziyyət çəkən insandır. İndi böyrəyində problemlər var. Gepatit “C “ var onda. Çəkisi fəlakətli dərəcədə aşağıdır. Özünün dediyinə görə 62 kiloqram çəki ilə istintaq təcridxanasına gətirilib, ancaq indi çəkisi 48 kiloqramdır. Əlbəttə deyə bilərlər ki, həbsxana kurort deyil. Amma həbsxananın ölüm düşərgəsi kimi də nəzərdə tutulduğu olmamalıdır. Yəni belə olmalı deyil. Leyla xanım fiziki olaraq çox xəstə bir vəziyyətdədir. Onu ən çox üzən məsələ odur ki, hazırda onunla bağlı hər hansı istintaq hərəkəti aparılmır, vəkillər dəvət olunmur. Demək olar ki, həbs ediblər, cəmiyyətdən təcrid ediblər, məsələ bununla da qurtarıb. Özünün deməsinə görə, bizim proqnozumuz da belədir ki, yəqin onu Azərbaycan Cinayət Prossesual Məcəlləsində göstərilən müddətin sonunadək həbsdə saxlayacaqlar. Yalnız bundan sonar iş məhkəməyə göndəriləcək. Bu da 2016-cı ilin əvvəllərinə və ya 2015-ci ilin sonlarına təsadüf edəcək.

Amerikanın Səsi: Leyla Yunus müayinə, müalicə edilirmi? Bununla bağlı nə dedi?

Əlayif Həsənov: Demək olar ki, müalicələr almır. Ona dərmanlar verilir, Almaniya səfirliyi vasitəsi ilə göndərilən dərmanlar verilir. Müayinə olunur, amma o bu müayinələrin nəticələrinə çox da etibar etmir. Çünki əvvəllər onun müayinəsini edən insanlar onun müayinəsi haqqında gördüklərini, bildirklərini yazmağa qorxublar. Azərbaycan Cinayət Prossesual qanunvericiliyi onu nəzərdə tutur ki, istintaq hərəkətləri intensiv olaraq aparılmalıdır. Cinayət Prossesual Məcəllədən əlavə Azərbaycan Respublikası baş prokuroru cənab Zakir Qaralovun əmri də var ki, istintaq altında olan şəxslərlə bağlı ən geci hər 5 gündə bir dəfə istintaq hərəkəti aparılmalıdır.

Amerikanın Səsi: Leyla Yunusun cəmiyyətə, insanlara mesajı varmı?

Əlayif Həsənov: Bəli, mesajı belədir. Mübariz olmağa, mübarizəyə, tutulan yoldan çəkinməməyə, eyni zamanda Azərbaycanda insan hüquqlarına olan basqılar barədə susmamağa çağrışı var.
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı