Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Zakir Həsənov hansı generalları çıxdaş etdi?

Zakir Həsənovun müdafiə naziri təyinatından sonra bir çox generallar tutduqları mövqelərdən uzaqlaşdırıldılar. İlk dəfə bu qədər çox sayda general “ofsayd”a salındı. Təbii ki, bu, mətbuatda və ictimai rəydə birmənalı qarşılanmadı.
Əslində Həsənovun nazirlikdə “təmizləmə əməliyyatı” aparması nə qədər təbii görünsə də, “vurulan” generalların məhz Səfər Əbiyevə yaxınlıqları ilə seçilməsi də bir o qədər gözləniləndir. Amma araşdırmalarımız həmin generalların əvvəlki mövqelərindən məhrum olmasının daha çox onların bir müddət atdığı konkret bir addımla bağlı olduğunu söyləməyə əsas verir.
Bu haqda az sonra detallı bəhs edəcəyik. Amma gəlin əvvəlcə yeni müdafiə naziri təyinatından sonra hansı generalların “ofsayd”a salındığını xatırlayaq.
“Vurulan” generallardan biri nazirliyin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov olub. Onun yerinə polkovnik İlqar Mazanov təyin edilib.
Nazirliyin şəxsi iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov da tutduğu vəzifədən azad olundu. Onun yerinə isə general-mayor Vaqif Məmmədov gətirildi.
“Vurulan” generallar arasında müdafiə nazirinin sabiq müavini Çingiz Məmmədov, general-leytenant Nizam Osmanov, Silahlı Qüvvələrin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev də var.
Bizimlə söhbətində adının çəkilməsini istəməyən bir mənbə Müdafiə Nazirliyi sistemində Səfər Əbiyevlə yaxınlığı ilə seçilən kifayət qədər yüksək çinlilər olsa da, onların arasından sadəcə bəzi generalların vurulmasını bir neçə ay əvvəlki bir addımla əlaqələndirir. Söhbət bu ilin əvvəllərində ordunun müxtəlif yüksək çinli zabitlərinin adından sabiq müdafiə naziri haqqında müdafiə xarakterli bəyanatlardan gedir. Həmin bəyanatlara imza atan generalların ilk “vurulanlar” arasında yer alması deyilənləri təsdiqləyir.
Xatırladaq ki, sözügedən bəyanatlar hakimiyyətə yaxın mediada və iqtidaryönümlü millət vəkilləri arasında belə qıcıqla qarşılanmışdı. Əbiyevin həmin bəyanatları özünün təşkil etdiyi və bununla Silahlı Qüvvələrdən faktiki olaraq “özünümüdafiə batalyonu” kimi istifadə etməyə çalışdığı vurğulanır, ordu generallarının bəyanat yazmaq əvəzinə Müdafiə Nazirliyi sistemindəki nöqsanları aradan qaldırmaqla məşğul olması zərurətinə diqqət çəkilirdi.
Açıq şəkildə görünürdü ki, Səfər Əbiyevin bir çox generallarla birgə özünə dəstək bəyanatları hazırlatdıraraq yayması iqtidarın ən yuxarı eşalonunda da narazılıqla qarşılanıb. Əks təqdirdə iqtidara yaxınlığı ilə bilinən kütləvi informasiya vasitələrinin, millət vəkillərinin həmin bəyanatlara kəskin reaksiyası da olmazdı.
Hesab edilir ki, istər Səfər Əbiyevin postundan kənarlaşdırılmasındakı çoxsaylı səbəblər sırasında, istərsə də “vurulan” generalların belə aqibətlə üzləşməsində məhz həmin bəyanatların da mühüm rolu olub. Siyasi rəhbərlikdən xəbərsiz belə bəyanatların hazırlanması görünür ki, qıcıqla qarşılanıb və bu bəyanatların hazırlanmasında təşəbbüskar və iştirakçı olanların cəzalandırılmasına qərar verilib.
Şübhəsiz ki, bu cür genişçaplı cəzalandırmalar üçün ən yaxşı imkan prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması dövrü idi. Yeni müdafiə naziri təyinatı ilə isə həm Səfər Əbiyev, həm də onun “bəyanatpərəst” generalları cəzalandırılmış oldu.
1830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı