Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Mosul şəhəri uğrunda döyüşlər başladı

İraqda kürd-peşmərgə ordusu türkmanların kompakt yaşadığı Mosulu xilas üçün irimiqyaslı əməliyyatlara başlayıb.

İyundan “İslam dövləti” terrorçularının işğalında olan şəhərin azad edilməsi uğrunda həlledici döyüşlərə start verilib.

Peşmərgə artıq Xorsabat və Baybux kəndləri ətrafındakı terror təşkilatı hədəflərinə top atəşi açır, üç qərargahı məhv edib. Ordu qüvvələri 10 kilometr məsafədə olduqları Mosul şəhərinin mərkəzindəki əraziləri də raketlər və toplarla vurmağa davam edir.

Yanvarın 21-dən başlanmış əməliyyatlar nəticəsində 7 kənd azad edilib. Əməliyyatda təşkilatın həyati xətti olan Şengal – Telafər - Mosul qovşağı azad olunub.
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP