Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Avropa geri çəkilir: Merkeldən Putinə yeni təklif

Davos İqtisadi Forumda iştirak edən Almaniyanın kansleri Angela Merkel Ukrayna böhranının həlli ilə bağlı Rusiya prezidenti Vladirir Putinə təklif verib.

Kansler Ukraynada sülh qarşılığında “Lissabondan Vladivostoka qədər” azad ticarət zonası təklif edib.

Merkel xatırladıb ki, Rusiya prezidentinin özü də bir vaxtlar “Lissabondan Vladivostoka qədər”azad ticarət zonasının yaradılması barədə ideyanı səsləndirib. Onun sözlərinə görə, Almaniya hökuməti və Avropa Birliyi Ukrayna münaqişənin həll olunacağı halda Rusiyaya geniş azad ticarət zonasının yaradılmasını təklif edə bilər.

“Bu, əlbəttə bizim hədəfimiz olmalıdır. Ümid edirəm ki, bununüçün imkanlar yaranacaq. Ehtimal ki, Ukrayna və Avropa Birliyi arasında imzalanan assosiativ sazişə görə yaranmış mübahisəli məsələləri həll etmək mümkündür. Amma bunun üçün ilkin şərt Ukraynada sülhün əldə olunmasıdır”, - kansler deyib.
926 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı