Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Səudiyyə Ərəbistanının yeni kralı haqqında şok iddia

Səudiyyə Ərəbistanı kralı Abdullahın vəfatından sonra bu gün hakimiyətə gələn keçmiş daxili işlər naziri Salman bin Əbdüləziz barədə ilginc məlumatlar yayılıb.

Kral Salmanın səhhətində ciddi problemlər var. Hələlik rəsmi olaraq açıqlanmasa da aralarında «Washington Post»un da olduğu bir çox dünya mətbuatı yeni kralın demans (ağlını itirmə) xəstəliyindən əziyyət çəkdiyini yazıb.

«The Economist» isə kralın alzheimer xəstəliyi olduğunu qeyd edib. Səudiyyə Ərəbistanında media üzərində ciddi nəzarət olduğu üçün ölkə mətbuatı bu barədə heç nə yazmır.

Qəzetlər kral Salmanın demans xəstəliyindən başqa, iflic olduğunu da qeyd edir. Qəzetlərin yazdığına görə, kral Salman bir qədər əvvəl iflic olub və sol qolunu hərəkət etdirməkdə çətinlik çəkir.

Qeyd edək ki, kral Salman 3 dəfə evlənib. Həyat yoldaşlarından biri 2011-ci ildə dünyasını dəyişib. Yeni kralın oğulları şahzadə Əbdüləziz neft nazirinin müavini, şahzadə Faysal Mədinə valisi vəzifəsində işləyir, şahzadə Sultan isə Turizm Nazirliyundə yüksək vəzifə tutur.
1038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP