Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Suriyanın cənubunda strateji qəsəbə-massivləri azad edildi

Suriya hərbi qoşunları ölkənin cənubunda “əl-Suveyda” məntəqəsində strateji massivlərdən birini ələ keçirmiş və eləcə də, Dəməşqin ətrafındakı qəsəbələrdən birini də terrorist qüvvələrdən təmizləyə bilmişlər.

Nur-az.com-un farsnews.com-a istinadən:
Son yeni məlumata əsasən, Suriyanın hərbi qoşunları çox gərgin döyüşlərdən sonra “əl-Suveyda” ətrafında “Zilfə” təpəsini və “Xəlxələ” hərbi aeroportunun şərqini təkfirçi-terrorist qüvvələrdən təmizləyə bilmişlər.
Elə həmin ərəfələrdə digər ordu qüvvələri Dəməşqin cənub-qərbi və Qüneytirənin şimalı ilə qonşu Səsə şəhərinin bölgələrindən “Eyn əl-Bostan” qəsəbəsini azad edə bilmişlər. Verilən xəbərə görə, Qüneytirə ətrafı “Mishərə” qəsəbəsindəki silahlı ünsürlərin mövqeləri Suriyanın hava qüvvələri tərəfindən bombardman edilib.
Dəra vilayətində də “Busra əl-Şam” və “əl-Şeyx Miskin” zonaları boyu həmin qüvvələrlə döyüşlərin getdiyi vurğulanır.
Şimal cəbhəsi boyu da Hələb vilayətinin bölgələrindən sayılan “Hirəytan” şəhərində partladıcı maddə ilə təchiz edilən avtomobilin partlayışı nəticəsində terrorist ünsürlərdən iyirmi nəfəri o dünyaya vasil olmuş və neçə nəfəri də yaralanmışdır.
Hələb şəhərinin öz daxilində də, həmin qüvvələrlə ciddi döyüşlər müşahidə olunur və bu əməliyyatlarda terroristlərin bir çoxu qətlə yetirilib və ya yaralanmış, o cümlədən, “Şamın azadlıq cəbhəsi” terrorist şaxəsinin başçısı “Əbu Yəhya Ərmənaz” ləqəbli Bahir Yəhya da Hələbin “Əzizə” məntəqəsində o dünyaya vasil edilmişdir.
Hələbin şimal boyu “Sovran-əzaz” istiqamətində də, İŞİD-lə “Cəbhə əl-Nüsrət” – iki təkfirçi-terrorist qrupları arasında toqquşmanın da baş verdiyi qeydə alınıb.
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber