Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Haaretz: Bu bir üzrxahlıqdır! – “Səhv addım”

“Məşriq” sionist rejimin “Haaretz” qəzetinə istinadən yaydığı məlumatda qeyd edilir ki, İsrailin keçən həftə Hizbullahın hərbiçilərinə hücum əməliyyatı haqda təhlükəsizlik orqanlarından birinin “Reuters”ə verdiyi məlumata əsasən, rejimin Suriyanın cənubunda həyata keçirdiyi qəfil hava əməliyyatı məntəqədə yerləşən adi əsgər və hərbiçilərə zərbə qəsdi ilə olub və bilərəkdən İranın hər hansı hərbi rütbəli şəxsini qətlə yetirmək nəzərdə tutulmayıb.
“Haaretz” bildirir ki, bu təhlükəsizlik orqanının rəyini bir növ rəsmi üzrxahlıq adlandırmaq lazımdır və bunu bildirməkdə məqsəd regionda İsraillə İran-Hizbullah arasında yarana bilən hər hansı gərginliyin qarşısını almaqdır.
Yayılan xəbərə əsasən, işğal olunmuş ərazilərdə kütləyə hakim olan qorxu və vəhşətin nəticəsində əmniyyətin və eləcə də, rejimin təhlükə altına düşməsi Netanyahunun adına ünvanlanır. Odur ki, hal-hazırda hamının istəyi Netanyahunun hər hansı yolla İran və Hizbullahın qəzəbini yatırmaqdır.
Hadisə üzrə keçən bazar günü sionist rejimin Suriyanın cənubundakı Qüneytirə qəsəbəsində həyata keçirdiyi qəfil hava əməliyyatı nəticəsində İran generalı Məhəmməd Əli Allahdari və Hizbullahın neçə zabiti şəhadətə yetib.
Adı çəkilən mənbə “Reuters”in həmin orqana verdiyi İsrailin İran və Hizbullah tərəfindən hər hansı intiqam cavabını gözləyirmi sualına belə cavab bildirdiyini qeyd edir: “Onların cavabı, demək olar, qətidir və bunu hökmən gözləməliyik. Amma onu da bildirək ki, regionda yaranan gərginlik heç bir tərəfin xeyrinə olmayacaq.”
Haaretz öz “Twitter” profilində general Qasim Süleymaninin fotoşəkilini yerləşdirərək altında bunu da qeyd edir ki, biz öz gümanımızla həmin əməliyyatda İranın yüksək rütbəli hərbi zabitini deyil, adi hərbiçiləri nişan almışdıq./Nur-az.com

هاآرتص: این یک عذرخواهی رسمی است/ باور کنید اشتباه کردیم

عذرخواهی صهیونیست‌ها از ایران

1902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber