Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Son 5 gündə Ukraynada 18 hərbçi həlak olub, 235 əsgər yaralanıb

Ukrayna Müdafiə Nazirliyi 17-22 yanvar tarixlərində Donbassda gedən şiddətli döyüşlərlə bağlı statistikanı açıqlayıb.

Nazirlik bu müddət ərzində Donetsk və Luqansk vilayətləri (Donbass) ərazisində 600-ə yaxın separatçının və Rusiya əsgərinin öldürüldüyünü bildirib: “Qarşı tərəfdən təxminən 175 nəfər yaralanıb. İtkilərin yekun sayı daha çox ola bilər, çünki düşmən bəzi yaralıları döyüş meydanından çıxara bilib”.

Eyni müddətdə Ukrayna ordusu qarşı tərəfin 14 tankını, 43 ədəd zirehli texnikasını, 14 ədəd “Qrad” və “Uraqan” qurğusunu, 28 ədəd özüyeriyən artilleriya qurğusunu, 15 ədəd avtomobil texnikasını məhv edib. Təkcə Donetsk aeroportunda 85 silahlı öldürülüb, 53-ü yaralanıb, 7 tank, 12 zirehli texnika, 9 ədəd avtomobil və 1 ədəd MT-12 topu sıradan çıxarılıb.

Ukrayna tərəfinin itkilərinə gəlincə isə, Müdafiə Nazirliyi göstərilən müddət ərzində Silahlı Qüvvələrin 18 hərbçisinin həlak olduğunu, 235 əsgərin yaralandığını açıqlayıb. Bundan başqa, separatçılara əsir düşən əsgər və zabitlər də var. 1 tank, 7 zirehli texnika, 2 top, 7 ədəd avtomobil texnikası itirilib.

Qeyd edək ki, separatçılar da öz növbəsində Ukrayna tərəfinin itkilərinin daha çox olduğunu iddia edir və Ukrayna tərəfinin bu itkiləri gizlətdiyini bildirirlər./apa/
913 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP