Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Rəsmi Tehran dollardan imtina etdi

İran hökuməti ABŞ dollarından imtina edib.

Bu barədə İran Mərkəzi Bankının sədri Qulaməli Kamyab açıqlama verib.

O, bildirib ki, İran xarici ölkələrlə hesablaşmalarda ABŞ dollarından imtina edib.

"İran xarici ölkələrlə ticarət mübadiləsində ABŞ dolları ilə deyil, Çin yuanı, avro, türk lirəsi və rus rublundan istifadə edir", - deyə Mərkəzi Bank sədri bildirib.

Onun sözlərinə görə, İran rahat və iqtisadi baxımdan sərfəli ticarət mübadiləsini həyata keçirmək üçün bir sıra ölkələrlə ikitərəfli müqavilələr bağlamağı nəzərdən keçirir. Sədr bildirib ki, bununla əlaqədar yaxın günlərdə danışıqlar başlayacaq.
952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP