Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Rusiyanın ABŞ-ı qorxuya salan silahı (VİDEO, FOTO)

Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalına yeni nəsil T-50 təyyarələri daxil ediləcək. Bunu Rusiya HHQ-nin baş komandanı general-leytenantı Viktor Bondarev TASS-a bildirib. 

"Aviasiyamız günü-gündən güclənir. Hazırda yeni nəsil 4++ helikopterlər HHQ-nin arsenalına daxil edilir. T-50 təyyarələrimiz isə ABŞ-ın F-22-dən geri qalmır, üstəlik onu bir qədər də üstələyir. Hazırda arsenalımıza Su-30SM və Su-35S qırıcıları, eləcə də Su-25 təyyarələrinin modernləşmiş modellərini əlavə edirik", - deyə Baş komandan bildirib. 

Qeyd edək ki, T-50 təyyarələri Amerikanın müasir F-22 təyyarələrinin əsas rəqibi sayılır. T-50 müsirləşdirildikdən sonra radiolokasiya stansiyalarının radarlarından itmə qabiliyyətini bir qədər də artırıb. İndi qabiliyyət 15 dəfəyədək artırılıb. 

Rus konstruktorlar təyyarənin bortunda olan bütün silahları içəri yerləşdirərək, eyni zamanda təyyarənin istehsalı zamanı materiallarda radiodalğaları özündə əks etdirən məmulatlara üstünlük verərək T-50-nin radarlar tərəfindən təsbit edilməməsinə nail olublar. 

908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı