Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

İŞİD sözünü tutdu: bir yapon öldürüldü

İŞİD-in əsir götürdüyü iki Yaponiya vətəndaşından birinin öldürüldüyü iddia edilir.

Yaponiya hökuməti sözçüsü Yoşihide Suqa məsələnin araşdırıldığını bildirib. Haruna Yukavanın öldürüldüyü, digər girov Kenji Qotonun isə sağ olduğu deyilir.

Suqa bu durumun dəhşətli və qəbul edilməz olduğunu qeyd edib.

Qeyd edək ki, özəl hərbi şirkət sahibi olan 42 yaşlı Yukava və 47 yaşlı Qoto ötən ilin avqust ayında Suriyada qaçırılmışdı.

İŞİD tərəfindən yayılan videoda 2 Yaponiya vətəndaşının qaçırıldığı, 72 saat ərzində 200 milyon dollar pul verilməsə, əsirlərin öldürüləcəyi bildirilmişdi. Terrorçuların verdiyi vaxt isə bu gün saat 09:50-də sona çatıb./axar/
794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı