Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2015

25 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında
Yanvarın 25-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı
gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 25-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi