Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2015

Rusiyadan “gələcəyin əsgəri” üçün - AK-12

“Ratnik” “gələcəyin əsgəri” döyüş təchizatına “Kalaşnikov” konserninin АК-12 avtomatı da daxil ediləcək. O, özünün rəqibi – Deqtyareva zavodunun istehsalı olan АЕК-971-i qabaqlayıb.

Bu barədə Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov məlumat verib. “Tamamilə aydındır ki, bu, “İjmaşa” avtomatıdır. O, qiymət-keyfiyyət əlaqəsindən keçib”, - deyə Borisov deyib.

“Ratnik” təchizatı döyüş meydanında əsgərin müxtəlif məhvedici amillərdən effektiv müdafiəsinin təmin edilməsi üçün nəzərdə tutulub. “Ratnik” dəstinə atıcılıq silahları, nişanalma sistemləri, elektron əlaqə vasitələri, naviqasiya da olmaqla, 50 müxtəlif element daxildir.
887 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10