Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2015

İraqın Diyala əyaləti tamamilə azad edildi - Fotolar

İraqın Bədr təşkilatı xalq könüllüləri və ordu qüvvələri ilə birgə keçirdiyi əməliyyatdan sonra açıqlama verib: Diyala əyaləti təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İsrail Dövləti (İŞİD) terrorçularından tamamilə təmizləndi.
Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, Bədr təşkilatının parlamentdəki fraksiyasının rəisi Qasim əl-Ərəci Diyala əyalətinin şimalındakı Mənsuriyyə əl-Cəbəl məntəqəsinin azad edildiyini bildirib. O deyib: Bu qələbə ilə Diyalə əyaləti İŞİD-dən tamamilə azad edilib.
İraqın əs-Sumətiyə News agentliyinə açıqlama verən əl-Ərəci bildirib: Bu əməliyyatda xalq könüllüləri, Dəclə əməliyyat qüvvələri, 5-ci ordu və İraq federal polisinin müxtəlif bölmələri iştirak ediblər.
O deyib: Hazırda təhlükəsizlik qüvvələri əhalinin öz evlərinə təhlükəsiz qayıtmaları üçün mina və bombaların təmizlənməsi işlərini görür.


1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber