Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2015

İŞİD-çilər kral Abdullahın ölümünə sevindilər

Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi məlumata əsasən, təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) tərəfdarları Səudiyyə Ərəbistanı kralının ölümünə görə şadlıq videoları paylaşıblar.
İnternet televiziya kanalı olan Nəbə bu barədə yazıb: İŞİD-in Ərəbistan üzvləri paylaşdıqları videoda kralın ölümü münasibətilə bayram mərasimi keçiriblər. Mərasimi “Zəmanənin tağutlarından bir tağutun və ABŞ və İngiltərənin qulunun ölümü” adlandırıblar.
İŞİD ünsürləri kral Abdullahın ölümünü özləri üçün bir qələbə kimi dəyərləndirmişlər. Çünki kralın Allah və Peyğəmbərlə (s) müharibəyə qalxdığına, İslam şəriəti əvəzinə Amerika və Qərb tərəfindən diktə olunanları icra etdiyinə, cihad və mücahidlərlə müxalifət etməsinə və kafirləri sevməsinə inam bəsləyirlər.
Onların fikrincə kral Abdullah tağutu təkfir edən və Allaha iman bəsləyən kişi və qadınları həbs edirdi. Buna əsasən, kim bu tağutun ölümünə sevinməsə öz imanının düzlüyünə yenidən baxmalıdır.
İŞİD ünsürləri arasında bu videoda yer alan və onlar tərəfindən danışan şəxs, ərəbistanlılara xitabən xəbərdarlıq edir: İŞİD tezliklə Ərəbistana hücum edəcək.

İŞİD-çilərin sevinc videolarından biri də budur:


1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı