Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2015

İŞİD “Riqqə”dən qaçır

Nur-az.com-un farsnews.com-a istinadən:
İŞİD-in Suriyanın şimalında Riqqə vilayətindəki hərbi düşərgələrində yaranan vəziyyətlə İraqda həmin terrorist qrupların qarşılaşdığı hal arasında elə də təfavüt görünmür. Belə ki, yetişən son məlumatlara əsasən, onların bir çox üzvü məntəqəni tərk edib qaçmaq üzrədir.
Xəbərdə keçən altıncı və bazar günləri məntəqədə hazır olan təkfirçi-terrorist qüvvələri ilə fars körfəzi-ərəb ölkələri və Türkiyədən gələn qüvvələrdən ibarət “Hərbi Təhlüksizlik” adını daşıyan qrupun arasında şiddətli toqquşmalardan sonra 40-a yaxın terroristin silah-sursatla məntəqəni tərk etdiyi vurğulanır.
Hadisələr üzrə İŞİD daxili qarşıdurmalar nəticəsində yaranan nizamsızlığı bərpa etmək üçün öz üzvlərinin edamı proqramında Riqqənin ətraf bölgələrindən sayılan Süluk şəhərində ondan ayrılmaq qəsdilə qaçmaq istəyən daha iki Səudiyyə Ərəbistanı və Misir vətəndaşını qətlə yetirib.
Bu haqda verilən məlumatlara əsasən, İŞİD Riqqə zonası boyunca giriş və çıxışlara ciddi nəzarət qoyub və fərdlərin vətəndaşlığı dəqiq məlum olmadan gediş-gəlişinə icazə verilmir. Hətta bir sıra məntəqələrdə, o cümlədən, Təll-əbyəzdə komendant saatı təyin edilib və onu pozanlar bir sutka həbs edilməklə şallaq cəzasına məhkum edilir.
Verilən əmrin İDİD-in bütün üzvlərinə şamil olduğu göstərilir və vəsiqəsiz məntəqədə heç kəsin gediş-gəlişinə icazə verilmir. Odur ki, ötən günlər ərzində doqquz nəfərin şübhəli və vətəndaşlığının məlum olmadığı üzündən həbs edildiyi qeydə alınıb və bu onların arasında ciddi böhran və anlaşılmazlıqların mövcud olduğunu göstərir.
958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı