Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2015

İranın beş paytaxtı var ki, biri Tehrandır

Müqavimətin düşmənləri: İranın beş paytaxtı var ki, biri Tehrandır. Hacı Qasimin adı Amerikanın informasiyalarında.

Nur-az.com-un abna.ir-a istinadən:
Xuzistan vilayəti üzrə İran Rəhbərlik Şurasının nümayəndəsi Ayətullah Seyid Məhəmmədəli Musəvi Cəzayiri İŞİD-lə bağlı təşkil edilən süni koalisiya barədə bildirib ki, bunun təşkilatçısı Amerika olduğundan, eləcə də, indiyə qədər onda bir sədaqət görünmədiyindən heç vaxt terrorizmlə bağlı yürüdülən siyasətə hüsn-zənn edə bilmərik.
O, Amerika ilə bərabər müttəfiqlərinin regionda öz maraq və mənafelərini güddüyünü nəzərə alaraq deyib ki, onları heç də İŞİD-in məhvi maraqlandırmır və yalnız müəyyən məqsədlərlə siyasi oyun nümayiş etdirirlər.
Cənab Cəzayiri onu da deyib ki, İŞİD-in təfəkkür tərzi vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvəhhabdan qaynaqlanır və o özü də, İbn Teymiyyənin təriqətini bir sıra əlavələrlə dirildən şəxsdir.
Əhvaz üzrə möhtərəm İmam Cümənin fikrincə, qəti olaraq bilməliyik ki, İŞİD və ya əl-Nüsrət kimi terrorist qrupların təşkili və inkişafı Səudiyyə Ərəbistanının əli ilə formalaşıb.
O, İraqın İŞİD-lə döyüşlərindəki müvəffəqiyyətlərdə İranın roluna dair deyib ki, İraq xalqı ilə bərabər dövlət orqanları İranın hadisələrdə xüsusi mövqeyini çox səmimi qarşılayır və bunu layiqincə qiymətləndirirlər.
Onun özünün dediyinə görə, bir sıra zəruri hallarda müxalif qrupların peyk kanallarını da izləyir və onların İran-İraq arasında yaranan səmimi rabitələrindən narahatçılıq hissi keçirdiyinin şahididir.
Rəhbərin Xuzistan üzrə nümayəndəsi bildirir ki, Amerika ilə müttəfiqləri müxtəlif görüş və seminarlarda bu məsələni o qədər təşvişlə müzakirə edirlər ki, sanki hansısa bir matəmə toplaşıblar və daim general Qasim Süleymaninin adından söhbət açılır.
O, İranın məntəqə üzrə müsbət təsiri ilə əlaqədar bildirib ki, artıq düşmənlərin fikrincə İranın beş paytaxtı var ki, biri Tehran, o biriləri isə Bağdad, Dəməşq, Səna və Beyrutdan ibarətdir.
O, sözlərinin sonunda qeyd edib ki, bütün bu hadisələr İran və onun simasında rəşadətli əsgərlərinin heç bir mənafe güdmədən, yalnız öz şəri borclarını yerinə yetirmək, Allah rizası üçün nə kimi fədakarlıqla meydana girdiklərini göstərir.
916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber