Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam. Kredit göturmək caizdirmi?
Ad: Ölkə: Müctəhid: Ayətullah Vəhid

Cavab:

Bismillahir-rəhmanır-rəhim
İslami banklardan borc (kredit) götürmək və onlara borc vermək (pul qoymaq) fayda və qazanc şərti ilə olarsa, riba (sələm) və haramdır, lakin müəyyən yollarla ribaya düçar olmaqdan qaçmaq olar. Misal üçün, borc alan tərəf müəyyən bir əmtəəni bankdan, yaxud onun vəkilindən bazarda mövcud olan qiymətdən müəyyən nisbətlə, misal üçün, on, yaxud iyirmi faizlə artıq qiymətə alsın və şərt etsin ki, bank onun istədiyi məbləği müəyyən müddətə qədər ona borc versin; yaxud şəxs müəyyən bir əmtəəni banka, yaxud onun vəkilinə müəyyən nisbətlə bazardakı qiymətdən ucuz qiymətə satsın və şərt etsin ki, bank onun istədiyi məbləği müəyyən müddətə qədər ona borc versin.
Bu nəticə icarə, sülh və borc şərti ilə olan hibə ilə də gerçəkləşir.
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı