Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Saxlanılan 600 miqrant arasında 15 azərbaycanlı var

Moskvanın “Sadovod” bazarında saxlanılan 600 miqrant arasında 15 azərbaycanlı var
Moskvanın “Sadovod” bazarında keçirilən yoxlamalar zamanı saxlanılan 600 miqrant arasındakı azərbaycanlıların sayı məlum olub.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev APA-ya açıqlamasında bildirib ki, onların arasında 15 azərbaycanlı var.

Onun sözlərinə görə, bu əməliyyat miqrantların sənədlərinin yoxlanılması ilə bağlı olub: “Məlumat alan kimi dərhal ÜAK-ın hüquq mərkəzinin hüquqşünaslarını ora göndərdik. Məlum oldu ki, orada saxlanılan 15 azərbaycanlıdan 3 nəfərinin sənədləri yerində deyil. Apardığımız danışıqlar nəticəsində həmin 3 azərbaycanlı deportasiya olunmadı, lakin onlara vaxt verildi ki, özləri könüllü ölkəni tərk etsinlər və sənədlərini qaydaya salsınlar”.

İ.Hacıyev onu da deyib ki, aparılan əməliyyatlar yalnız miqrasiya məsələləri ilə bağlı sənədlərin yoxlanılması xarakterini daşıyır. Onun sözlərinə görə, hələ ki tam dəqiq sayə məlum olmasa da, hər gün onlara sənədlərinin yerində olmaması səbəbindən 10-15 azərbaycanlının deportasiya olunması ilə bağlı məlumat daxil olur.
1713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber