Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

NATO Ukraynaya girməyə hazırlaşır

Ukrayna NATO-ya, qarşılıqlı əlaqələrə cavabdeh olan komissiyanın növbədənkənar toplantısının keçirilməsi üçün müraciət edib.

Buna, Donbasdakı münaqişənin yenidən qızışması səbəb olub.

Ukraynanın NATO-dakı missiyasının rəhbər müavini Yegor Bojok deyib ki, komissiyanın iclasının yanvarın 26-da keçiriləcəyi gözlənilir.

Son günlər separatçılar atəşkəsi pozaraq Ukrayna ordusunun nəzarətində olan bəzi əraziləri alıb.

Xatırladaq ki, 1949-cu ildə yaradılan Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO gündəmində olan məsələlərin müharibə yolu ilə həllini mümkün bilən, hərbi təşkilatdır.
686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber