Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Putin Dünya müharibəsinin qarşısını aldı - KİV

Prezident Vladimir Putinin bir dövlət xadimi kimi başlıca nailiyyəti odur ki, təhlükələr, sanksiyalar, təxribatlar qarşılığında və Qərb ölkələrinin hərbi hazırlığı genişləndirdiyi şəraitdə onlara silahla cavab verməyə qadir olsa da, Üçüncü Dünya müharibəsinin qarşısını aldı.

Bu fikirləri Kubanın “Qranma” nəşri yayıb və Rusiya mediası da dərhal tirajlayıb.

Putini siyasi və hərbi strateq kimi qeyri-adi keyfiyyətlərə malik şəxs kimi xarakterizə edən yazıda Rusiya prezidentinin “yeni müharibələrə həris olan” NATO-nun hərb alovunu söndürdüyü bildirilib. Xüsusi olaraq vurğulanıb ki, bununla yanaşı, rus lider ölkənin hərbi potensialını yeni silah növləri və hərbi texnika ilə gücləndirə bilib: “Həm də bütün bunaları sanksiyalar, neftin aşağı qiymətləri və iqtisadi xarakterli digər çətinliklər şəraitində etdi”.

Yazıda Rusiyanın son aylar nüfuzunu artırdığı da iddia edilib.

Xatırladaq ki, Putin bütün münasibətləri hərblə həll etməyə meyilli lider sayılır. Ukraynada qardaş qırğınına səbəb olan müharibənin arxasında və bu ölkənin 20 faiz ərazisinin qan çanağına dönməsində Putin günahlandırılır./axar/
873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...