Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Vidadi İsgəndərli qəzaya düşüb

Hüquq müdafiəçisi Vidadi İsgəndərli qəzaya uğrayıb. Hadisə 23 yanvar saat 21 radələrində Bakı-Qazax avtomobil yolunun 260-cı km-də baş verib.
Vidadi İsgəndərli idarə etdiyi avtomobillə Bakı istiqamətinə hərəkətdəykən, qarşı tərəfdən gələn “Ford” markalı avtomobil onun yoluna çıxıb. Qəza nəticəsində Vidadi İsgəndərlinın avtomobili əzilib, özü isə xəsarət alıb.
Bu barədə “hefteaz.tv”yə açıqlama verən İsgəndərli bildirib ki, hadisə Yevlaxda DYP postunun yaxınlığında baş versə də, qəzaya səbəb olan “Ford” hadisə yerindən qaçıb. İsgəndərli hadisəni özünə qarşı sui-qəsd sayır.
Yevlax DYP postundan “hefteaz.tv”yə deyiblər ki, qəza törədən avtomobil axtarışdadır. Hadisə ilə bağlı baş DYP idarəsinin təhqiqat şöbəsində cinayət işi açılıb.
713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı