Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Deputatlar Hacı Qasim Süleymaniyə təşəkkür ediblər

Nur-az.com-un Hacı Qasim Süleymaninin rəsmi saytına istinadla verdiyi məlumata əsasən, dünən İran İslam Respublikasının İslam Şura Məclisinin 208 deputatı bəyanat verərək İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds qüvvələrinin komandanı general Hacı Qasim Süleymaninin terrorçu qruplaşmalar və İŞİD-lə mübarizəsi və regionda təhlükəsizliyin yaradılmasında təsirli roluna görə, ona təşəkkür etmişlər.

Parlamentin idarə heyətinin üzvü Zərğam Sadiqinin oxduğu bəyənatın tam mətni belədir:

Allahın adı ilə
SEPAH-ın Qüds qüvvələrinin qüdrətli, sədaqətli, iqtidarlı qüvvələri və uzaqgörən, qüdrətli, qəhrəman komandanı general Süleymaniyə təşəkkür edirik. İslam İnqilabı ümməti və İslam İnqilabının ali məqamlı rəhbərinin qüdrətli qolu olan Qüds qüvvələrinin müsəlman xalqı qorumaq, regionun təhlükəsizliyini saxlamaq, terrorçu qruplaşmalar, xüsusilə cinayətkar və şərr işlərlə məşğul olan, dünya hegemonları və sionistlərin muzduru İŞİD qruplaşması ilə qüdrətli və qələbə dolu mübarizəsinə görə təşəkkür edirik.

Region ölkələrinin istəyilə hərbi müşavirlər olaraq məsuliyyəti öz üzərlərinə götürmüş və bu yolda uca şəhadət məqamına çatmış İslam ordusunun generalı, general mayor Məhəmməd Əli Allahdadinin şəhadəti və Qüds qüvvələrinin başqa şəhidlərinin şəhadətini bütün İslam ümmətinə və böyük İran xalqına təbrik və təsliyət deyirik.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber