Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Yaponiyada İŞİD-in edamına etiraz edildi

İŞİD silahlılarının əlinə girov düşən yaponiyalı jurnalistlərdən birinin öldürülməsi yapon xalqının etirazlarına səbəb olub. Paytaxt Tokiyoda baş tutan aksiyaya yüzlərlə insan toplaşıb. Aksiya zamanı fəallar digər jurnalistin sərbəst buraxılmasını tələb ediblər. Aksiya iştirakçıları ölən jurnalistə görə baş nazir Sindzo Abenin xarici siyasətini tənqid ediblər. Abe baş verən hadisəyə görə dərin kədər hissi keçirdiyini deyib.

Fəalların sözlərinə görə, Abenin bir müddət əvvəl Yaxın Şərqə səfəri İŞİD silahlılarını təhrik edən əsas səbəblərdən biri olub.

Silahlılar girovun buraxılması üçün Yaponiya hökumətindən 200 milyon dollar pul tələb etmiş, tələblər yerinə yetirilmədiyi üçün girovlardan biri öldürülmüşdü.

Hazırda rəsmilər digər girovu azad etməyə çalışırlar.

İkinci girovun sərbəst buraxılması müqabilində isə, silahlıların əsas tələbi İordaniyada saxlanılan terrorçu qadın Sacida ər-Rişavinin azadlığa buraxılmasıdır./ans/
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21