Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Əsaslı təmir olunan doğum evi bu haldadır – Foto

Salyan rayon Mərkəzi Xəstəxanasının nəzdində yerləşən Doğum evi və mamalıq şöbəsinin acınacaqlı vəziyyətdə olduğunu göstərən foto yayılıb.

Fotonu Feysbuk sosial şəbəkəsində “Salyan is the first” səhifəsi bu başlıqla paylaşıb: “Körpələrin dünyaya göz açdığı məkan... Salyan Doğum evi. Halbuki, bir körpə 300-500 manata başa gəlir. Hələ əlavələri demirik...”

Salyan rayon Mərkəzi Xəstəxanasının Doğum evi və mamalıq şöbəsindən çəkildiyi iddia edilən fotoda çirkli vəziyyətdə olan otaqların təmirsiz və istifadəyə yararsız olduğu görünür.

Xatırladaq ki, Salyan Mərkəzi Xəstəxanasının hazırda yerləşdiyi bina 1972-ci ildə istifadəyə verilib, 6 il əvvəl - 2008-ci ildə isə əsaslı təmir olunub. Xəstəxana 248 çarpayılılıq 9 şöbədən (Qəbul şöbəsi, Terapiya şöbəsi – 50 çarpayılıq, Cərrahiyyə şöbəsi – 30 çarpayılıq, Yoluxucu xəstəliklər şöbəsi – 20 çarpayılıq, Anestezioloq-Reanimasiya şöbəsi – 18 çarpayılıq, Kardioloji şöbə – 30 çarpayılıq, Doğum evi və mamalıq şöbəsi – 50 çarpayılıq, Oftalmoloji şöbə – 15 çarpayılıq) ibarətdir./axar/


855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP