Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Varlı amerikalılar bunkerlərə sığınır – Nüvə təhlükəsi

Varlı amerikalılar bunkerlərə sığınır – Nüvə təhlükəsiNüvə müharibəsi təhlükəsi amerikalı daşınmaz əmlak satışı agentlərinə böyük pullar qazandırır. Nyu-Meksikada “bunker-mənzillər”in qiyməti 250 min dollara başa gəlir.

ABŞ-da nüvə müharibəsi qorxusu insanları “bunker-mənzillər” almağa sövq edir. Alman nəşrinin yazdığına görə, riyelterlər yeraltı raket şaxtalarını, atılmış bunkerləri, bombadan sığınacaqları yaşayış yeri kimi varlı amerikalılara təklif edirlər.

Soyuq müharibənin nəticələrindən qorxan çoxsaylı amerikalılar təklif olunan “bunker-mənzillərə” daha çox maraq göstərməyə başlayıblar. Mütəxəssislər düşünürlər ki, bu cür yeraltı sığınacaqlar nüvə partlayışlarına tab gətirmək iqtidarındadır.

Təklif olunan raket şaxtaları bir vaxtlar kosmik tədqiqatlar, atom sınaqları üçün istifadə edilirmiş. Indi isə bu yerlər əvvəlki təyinatını itirib. Cəmi 250 min dollar xərc çəkməklə indi nüvə müharibəsi təhlükəsindən qorunmaq olar. Yaxınlıqda, elə şaxtanın daxilində UNO muzeyi və McDolanlds restoranı var.

Xarici mətbuatın yazdığına görə, amerika cəmiyyətində dünyanın nüvə sonluğundan qorxanların sayı çoxdur və bunlar, əsasən, varlılardır. Ona görə də bu cür “bunker-mənzillər”ə tələbat artıb.

Artıq belə “bunker-mənzillər” alınır. “Sağ qalmaq üçün apartment” adlanan bunkerdə basseyn, kinoteatr, solyariy, tir var. Qapıları biometrik qıfıllarla bağlanır, kimyəvi silah hücumundan qorunmaq üçün əla yerdir. Satış agentləri yeni “mənzilləri” belə təsvir edirlər.

Bir şaxtada 12 “mənzil” artıq satılıb. Orada 70 adamın rahat yaşaya biləcəyi şərait var. Belə komplekslərin minimal qiyməti 3 milyon dollardır.
693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı