Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Hökumətdən Leyla Yunusa qarşı daha bir nalayiq addım

Eldəniz Quliyev: «Haqq-ədalətdən tamamilə uzaq adamlara bu cür məsələlərdə etik məqamları izah etmək mümkün deyil»

Həbsdə olan hüquq müdafiəçisi, vicdan məhbusu Leyla Yunusun səhhətində ciddi problemlər olması yeni xəbər deyil. Hüquq müdafiəçisinin vəkilləri dəfələrlə müvafiq qurumları Leyla Yunusun vəziyyətinin yaxşı olmadığı haqda xəbərdar ediblər. Durum o qədər ciddidir ki, hüquq müdafiəçisi heç normal gəzə də bilmir. O, qaraciyər xəstəliyi, eləcə də şəkərli diabetdən əziyyət çəkir.

Bugünlərdə “virtualaz.org”da Leyla Yunusun yaxınlarının onun üçün təcridxanaya gətirdiyi həftəlik sovqatda olan qida məhsullarının, əşyaların fotoları yayımlandı. Qeyd olunmuşdu ki, həmin fotonu Penitensiar Xidmətin əməkdaşları göndərib. Sovqatın da içində paxlava və başqa şirniyyatlar, lavaş, meyvə s. qida məhsulları ilə yanaşı, qadına aid əşyalar da vardı. Təsəvvür edin, Penitensiar Xidmətin əməkdaşları sovqatın şəklini çəkib, saytlara ötürəndə heç olmasa, həmin əşyaları kənara qoymağa da ehtiyac duymayıblar.

Həmin materialda qeyd olunurdu ki, şəkərli diabetdən əziyyət çəkən adam bu ərzaqları qəbul etməməli, qəbul etdiyi halda isə, arıqlamamalıdır.

Penitensiar Xidmətin hansısa məhbusa göndərilən sovqatı, xüsusən şəxsi əşyaları ictimailəşdirməsi birmənalı qarşılanmayıb.

Milli Şuranın üzvü, tanınmış kinorejissor Eldəniz Quliyev deyir ki, haqq-ədalətdən tamamilə uzaq adamlara bu cür məsələlərdə etik məqamları izah etmək mümkün deyil. Eldəniz Quliyevin sözlərinə görə, hüquq müdafiəçisinin vəziyyəti həqiqətən ağırdır. Penitensiar Xidmət əməkdaşlarının 60 yaşlı qadına bu cür münasibətini isə sözlə ifadə etmək mümkün deyil: “Bu ölkədə təkcə ədliyyə sistemində deyil, hər sahədə köklü islahatlar aparılmalıdır. Bugünlərdə Penitensiar Xidmətin rəis müavini, general Əlixanov həbsxanalardakı ideal şəraitə görə məhbusların yenidən ora can atması haqda danışdı. Insan həbsxanada onsuz da çox şeylərdən məhrum olur. Üstəlik, həbsxanalarda gözəl həyatın olması barədə cəmiyyətə aşılanan fikirlər lap biabırçılıqdır”./azadlıq/
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı