Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Rusiya hədələdi

Rusiya Avropa Şurasının Parlament Assembleyasına xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, əgər AŞPA gələn aydan etibarən Rusiyanın səsvermə hüququnu bərpa etməzsə və ya ona qarşı yeni sanksiyalar tədbiq edərsə, hökumət bu qurumda fəaliyyətini dayandıracaq.

2014-cü ilin mart ayında Rusiyanın Krımı birləşdirməsindən sonra rəsmi Moskvanın AŞPA-da səsvermə haqqı əlindən alınıb. Həmin qanun yanvar ayına qədər qüvvədədir. Lakin müddətin artılacağı ehtimalları da yüksəkdir.

AŞPA-nın prezidenti Ann Brasör Rusiya ilə vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirib.

Ann Brasör: “Rusiyanın Krımı birləşdirməsi beynəlxalq qanunlara qarşı idi. AŞPA-nın da qərarı Rusiyanın məhz bu addımından sonra icra olundu”

Rusiya dumasının spikeri Sergey Narışkin qeyd edib ki, Rusiyanın AŞPA ilə fəaliyyətini dayandırmasında məsuliyyət bu qurum üzərinə düşəcək.
797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24