Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Binəqədini su basdı - ”Yası həqiqi “yas“a döndərdilər”

Yanvarın 24-dən 25-nə keçən gecə və gündüz yağan yaşış Binəqədi şossesi, “Baksol” adlanan ərazidə ciddi fəsadlar yaradıb. 

Sözügedən ərazidə yaşayan jurnalist, “Xurakl” qəzetinin baş redaktoru Əvəz Zeynallı orada yaranmış vəziyyət barədə sosial şəbəkədə məlumat yayıb, şəkillər paylaşıb.

"4 saatdan artıqdır, yollarımızı, məhəlləmizi, qəsəbəmizi su basıb. Bu gün yasda idim. Yasdan sonra da görüşlərim vardı. Yası həqiqi "yas"a döndərdilər. Evə zar-zor gəldim. Su haradasa 1 metr qalxıb. İndiyə qədər belə hadisə olmayıb. Mən həbsdə olanda da belə biabırçılıq olmayıb. 4 saatdır FHN, Binəqədi Rayon İcra Hakimiyyəti, "Azərsu" və Binəqədi Su İdarəsinin arasında qalmışam. Rəsmən futbol topu kimi o tərəf-bu tərəfə atırlar. 4 saatda heç bir qurumdan heç bir cavab ala bilmədim. Heç kim gəlmədi. Mən şikayətləri artırdıqca, suyun səviyyəsi də qalxmağa başladı"-deyə journalist qeyd edib./modern/





906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37