Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Bir gündə 50 cinayət baş verib

Respublika ərazisində gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə isə 29 nəfər həbs edilib.
1965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu