Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Əsəd: İsrail əl-Qaidənin hava qüvvəsidir

Suriya prezidenti Bəşər Əsəd Foreign Affairs nəşrinə müsahibə verib.
Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, o müsahibəsində bildirib: Müharibə Suriya xalqının dövləti himayə etməsini artırıb.

O Foreign Affairs-in redaktoru Conatan Tepermenin (Jonathan Tepperman) İsrailin Suriya qarşısında nə iş gördüyü sualına belə cavab verib: Onların Suriyadakı terrorçuları himayə etməsi tamamilə aydındır. Çünki biz harada irəliləyiriksə, onlar ordunu zəiflətmək üçün hücumlar həyata keçirirlər.
Bu çox aydındır. Buna görə də Suriyada ironiya ilə belə deyirlər: “Necə deyirsiniz ki, əl-Qaidənin Hərbi Hava Qüvvələri yoxdur? Onlar İsrailin Hərbi Hava Qüvvələrinə sahibdirlər.”

Suriya ordusunun fəaliyyəti barədə Bəşər Əsəd bunları deyib: Suriya ordusu hara girməyi qarşısına məqsəd qoyubsa, buna müvəffəq olub. Lakin Suriya ordusu Suriyanın hər kilometrində mövcud ola bilməz. Bu qeyri mümkündür.

Ötən iki ildə irəliləyişimiz olub. Lakin əgər məndən soruşsanız ki; “Vəziyyət yaxşı irəliləyirmi?” mən sizə belə cavab verəcəyəm: Hər bir müharibə pisdir. Çünki hər bir müharibə xəsarət və xarablığa səbəb olur.
O deyib: Əsas sual budur ki, bu müharibədə bizim nailiyyətimiz nə oldu? Bizim bu müharibədəki nailiyyətimiz bu oldu ki, Suriya xalqı terrorçulara arxa çevirdilər. Suriya xalqı daha çox dövləti himayə edir. Suriya xalqı ordunu daha çox dəstəkləyir.
838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05