Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Azərbaycanda piyada qətliamı: 4 ölü, 2 yaralı

Azərbaycanda iki gündə piyada qətliamı yaşanıb. Yanvarın 24-də saat 23 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Aydın Cəlalov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Murad Əlifxanovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bənzər hadisə Samuxda qeydə alınıb. Yanvarın 24-də saat 20 radələrində Qarayeri qəsəbəsində Gəncə şəhər sakini Rza Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İstixana kənd sakini Bayram Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
İmişilidə piyada ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Yanvarın 24-də saat 19 radələrində Qulubəyli kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Sahib Soltanov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Yanvarın 24-də saat 20 radələrində Göyçay şəhərində rayon sakini Etibar Rəhimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Mirəli Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Yanvarın 23-də saat 21 radələrində Bakının Nəsimi rayonunun 28 May küçəsində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Məhəmməd Həşimli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Yanvarın 24-də saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Vüsal Zeynalov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib./lentaz/
680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02
İranda 134 yaş