Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Bu gün baş verəcək hadisə 200 ildə bir dəfə baş verir

Bu gün Yerə yaxınlaşan asteroidi gözlə görmək mümkün olacaq.

Bu gün 2004 BL86 asteroidi son 200 il ərzində Yerə ən yaxın məsafadən keçəcək. Bu xəbəri "Amerika Milli Kosmik Agentliyi” (NASA) yayıb. Asteroid Yerə bu qədər yaxınlaşdığı üçün onu adi gözlə də görmək mümkün olacaq. Nəhəng göy cismi Yerə Bakı vaxtı ilə 20:20-də yaxınlaşacaq. Lakin bu yalnız Şimal yarımkürəsində mümkün olacaq.

Bununla belə, NASA-dan bildirilib ki, asteroidin Yer kürəsi və əhali üçün heç bir təhlükəsi yoxdur.

Qeyd edək ki, ölçüsü təxminən 0,5 km, çəkisi isə 157 milyon ton olan nəhəng göy cismi ilk dəfə 2004-cü il yanvarın 30-da Amerikanın Nyu-Meksiko ştatındakı teleskopla görünmüşdü.
1065 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02