Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Kadırov rusları Avropadan üz döndərməyə çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov rusiyalıları xarici kurortlardan imtina etməyə və Rusiyada dincəlməyə çağırıb. Bu barədə o, öz Instagram səhifəsində yazıb.

"Kommersant" qəzeti xəbər verir ki, Kadırov yazıb: "Öz istirahətimizi təşkil etmək üçün bizə heç bir Avropa lazım deyil. Bizim əla təbiət və iqlim şəraitimiz var və onlar Avropadakından xeyli yaxşıdır. Yalnız hamının öz üzünü vətənə çevirməsi, öz vətəninə güvənməsi lazımdır".
Əvvəllər rusları ölkə daxilində istirahət etməyə ölkənin baş turizm idarəsi çağırırdı. İdarənin mətbuat xidmətinin rəhbəri İrina Şeqolkova isə tətilçilərə Tatarıstana getməyi tövsiyə edib: "Kazanı qaydaya salıblar, Elaburqun əsrarəngiz gözəlliyi var, orada dağ-xizək kurortları da mövcuddur".
2014-cü ilin dekabrında Rusiya rublunun məzənnəsinin düşməsi fonunda rusiyalıların ayrı-ayrı turizm istiqamətləri üzrə sifarişi 50-70 faiz azalıb. Əhalinin Yeni ili xaricdə qarşılayan mühüm bir kəsimi tətillərini Rusiyada keçirməyə məcbur olublar. Əsasən Krasnodar diyarının turizm obyektləri üstün tutulub. Ancaq istirahətə gedənlər sonradam qiymətlərin bahalığından, qidalanmanın düzgün təşkil edilməməsindən, maşınları saxlamaq üçün yerlərin çatışmazlığından və sair neqativ hallardan şikayətləniblər.
773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber