Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Hamballığa çağırılanda sevincim yerə-göyə sığmır – Foto

Bura əməklərini satışa çıxaranların bazarıdır. Hər gün o bazarların yanından ötüb keçirik. Birimiz işə, başqa birimiz görüşə tələsirik. Onlar isə səhərdən axşama qədər yayın istisində günəş başlarına döyə-döyə, qışın soyuğunda qar-yağış altında bazarda özlərinə müştəri axtarırlar.

Bu bazarlardan biri də Sumqayıtdadır. Buranın fəhlələri, öz dilləri ilə desək qulları, bazara girən hər insanın qabağına “ac insan yeməyə qaçan” kimi qaçıb özlərini yeyirlər. Dediklərinə görə, elə gün olur ki, alətlərini yığıb bazara gəlsələr də, heç nə qazana bilmirlər. Üstəlik o alətləri bazara gətirmək də pul tələb edir.

Bazarda fəhləlik edən İsmayıl onları işlədənlərin arasında haqqını yeyənlərin olduğunu da dedi:

- Hər gün saatlarla burda soyuğun qabağında durub gözləyirik ki, bir iş tapaq. Bəzən heç nə olmur. Elə yalandan alətləri yığıb bazara gətiririk. İndi də yay deyil ki, elə bazarda yatıb qalaq. Fəhlə kimi işlədənlər öz haqqımızı belə, çox vaxt bizə verməkdən boyun qaçırırlar. İş yerləri yoxdur. Rayonlarda demək olar ki, işsizlikdir. Biz də üz tutmuşuq şəhərə. Hər gün səhər burda yüzdən çox adam olur.

Direktor deyir ki, 1000 manat gətir, səni fəhləliyə götürüm

Ustalardan niyə elə yaxınlıqdakı zavodda işləmədiklərini soruşduq. Mahir adlı usta başına gələnləri danışmağa başlayır:

- Bilmirik necə dolanaq. Alüminiumum zavodunun direktoru deyir ki, 1000 manat gətir, səni fəhləliyə götürüm. Mən 20 manat üçün saatlarla hər gün burda durub gözləyən adamam, hardan tapım 1000 manatı?

Prezidentə üzümüzü tutub deyirik ki...

Bazarda bütün rayonlardan olan vətəndaşlara rast gəlmək olar. Ağsu, Gəncə, Quba, Xaçmaz, Gədəbəy. Demək olar ki, bütün bölgələrdən. Bazara gedişimi fürsət bilən fəhlələr prezidentdən kömək istəməyi də unutmadı:

- Biz prezidentə üzümüzü tutub deyirik ki, iş yerləri açsın, işləyək, pul qazanaq. Biz də uşaqlarımızın üzünə baxa bilək.


musavat
2178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:30