Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Misirdə dinc nümayiş qanla bitdi - 18 ölü

Misirdə polis və nümayişçilər arasında yaranan qarşıdurmalarda ən azı 18 nəfər öldürülüb.

BBC xəbər verir ki, rəsmi açıqlamaya görə, ölənlər arasında üç polis əməkdaşı da var və onlarla etirazçı yaralanıb.

Etirazçılar uzun müddət Misir lideri olmuş Hüsnü Mübarəkin 2011-ci ildə devrilməsininin dördüncü ildönümünü qeyd etmək üçün küçələrə axışıb. Bu zaman polislə aralarında toqquşmalar başlayıb.

Böyük şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib və Qahirə şəhərinin əsas yolları bağlanıb.

Qeyd edək ki, ötən il keçirilən analoji hadisədə onlarla adam həyatını itirmişdi.
836 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı