Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Rayon mərkəzinin keçilməz küçəsi - Foto

Sabirabad şəhərinin bəzi küçələrinin bərbad olması sakinləri təngə gətirib.

Məktub ünvanlayan şəhər sakinləri vəziyyətin dözülməz olduğunu, küçələrin asfalt örtüyünün sonuncu dəfə 20-ci əsrin sonlarında yeniləndiyini bildirib:

“Sizə təqdim olunan fotolar Sabirabadın mərkəzi küçələrindən sayılıan Füzuli küçəsində çəkilib. Küçənin vəziyyəti ötən əsrdən bəri dəyişməyib. Bitməyən su, kanalizasiya xəttlərinin yenilənməsi küçələrin sular altında qalması ilə nəticələnib. Məktəblilər, yaşlılar artıq bu yollardan keçə bilmir”.

Şəhər sakinlərinin sözlərinə görə, dəfələrlə rayon icra hakimiyyətinə şikayət olunsa da, dərdə əlac edilmir:

“Dəfələrlə vəd edilib ki, problem həll olunacaq. Amma heç bir irəliləyiş yoxdur”./axar/




751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı