Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Kobani tamamilə azad edildi – FOTOLAR

Nur-az.com-un ABNA-ya istinadla verdiyi məlumatına əsasən, Suriyada kürd Pişmərgə silahlı qüvvələri Suriya və Türkiyə sərhədində yerləşən Kobani (Eynül-ərəb) şəhərini uzun müddət müharibədən sonra təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terrorçularından tamamilə təmizləyib.
Suriya müxaliflərinin insan haqları nəzarətçisi bildirib: Pişmərgə kürd qüvvələri Kobani şəhərində Kani Urban məntəqəsi, Tişrin məktəbinə nəzarəti ələ almaqla və Məqtələ məntəqəsində irəliləməklə şəhəri tamamilə terrorçulardan təmizləyib və onları şəhərdən çıxarıb.

O əlavə edib: İŞİD üzvləri hazırda Kobaninin şərqindəki ətraf məntəqələrdə yerləşiblər.
Mənbə bildirib: İŞİD qruplaşması son vaxtlar qruplaşmaya yeni qoşulmuş 18 yaşlı 140 nəfəri bura göndərib.
Kürd kanalı olan Rudaw da kürd pişmərgə komandirlərinin birinin bu şəhərin tam azad edilməsi barədə bəyənatını yayımlayıb.

İŞİD-in Kobanidən 4 aylıq müharibədən sonra qovulması bu qruplaşma üçün ağır məğlubiyyət sayılır.
2013-cü ildən indiyə qədər bu İŞİD-in ən ağır məğlubiyyətidir. Ekspertlərin fikrincə, bu İŞİD-in öz ərazilərini artırmasında məğlub olmasını göstərir.
2014-cü ilin sentyabr ayının 16-dan Kobaniyə hücum edən İŞİD, bu şəhərdə indiyə qədər mindən çox üzvünü itirib.



733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...