Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Əl-Qaidə son 3 ayda Yəməndə 205 terror aktı törədib

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, əl-Qaidənin Yəmən qolu olan Ənsar əş-şəriə özünün Twitter səhifəsində son üç ayda Yəmənin 11 şəhərində 205 terror aktı törətdiyini etiraf edib.
Onlar habelə Parisdə Charlie hebdo nəşriyyatında törədilən terroru da öhdələrinə götürmüşlər.

Məlumata əsasən, bu terrorlar Yəmənin Səna, Mərəb, əl-Bəyza, Zumar, İbb, əl-Hədidə, Təəz, Həzrəmut, Əbin, Şəbuh və Ləhəc əyalətlərində törədilmişdir. Bu terror əməliyyatlarının əksəriyyəti Ənsarullah təşkilatı və Yəmən ordusu üzvləri əleyhinə törədilmişdir. Əl-Qaidə Amerika və Fransanın Yəməndəki mənafelərinə qarşı da terror hücumu həyata keçirdiyini də iddia edir.

Hesabata əsasən, əl-Qaidənin əl-Bəyza əyalətində daha çox terror törətdiyi məlum olur. Belə ki, son 3 ayda bu əyalətdə 91 terror aktı törədilib. Xüsusilə Əyalətin Rida bölgəsində Ənsarullah və Ənsar əş-şəriə arasında şiddətli qarşıdurmalar olmuşdur.
Bəyza əyalətindən sonra Həzrəmut əyaləti 31 terror aktı ilə 2-ci, Səna əyaləti isə 28 terror aktı ilə 3-cü pillədə qərarlaşıb.

Hesabatda bildirilir: Əbin əyalətində 18, Zumar və İbb əyalətlərində 10, Şəbuh əyalətində 8, Ləhəcdə 3, Mərəb və əl-Hədidədə 2, Təəz əyalətində 1 və Parisdə 1 terror aktı həyata keçirilib.
718 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber